"Romalı Perihan" kimi tanınan Perihan Benli vəfat edib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, bir müddətdir ki, xəstəxananın reanimasiya şöbəsində yatan 74 yaşlı aktrisanın ölüm xəbərini sənətçi Onur Akay "Tvitter" səhifəsində yazıb: "Romalı ləqəbini ona Zeki Müren vermişdi və sonda Zeki Müren kimi o da özünü ölümə buraxdı. Narahatlığı keçən yay başlamışdı. Əsl narahatlığı psixoloji problemlər idi. Heç kimi yanına buraxmırdı. Şəkər xəstəliyi ağırlaşdığı üçün arıqlayıb bir dəri, bir sümük qalmışdı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB