Barış Arduçun sevgilisi Elçin Sanqu haqda nələr dedi?

Barış Arduçun sevgilisi Elçin Sanqu haqda nələr dedi?

Aktrisa Gupse Özay dostları ilə birgə jurnalistlərin fotokameralarına tuş gəlib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, son zamanlar arıqlaması ilə diqqət çəkən aktrisa ilk dəfə sevgilisi Barış Arduçun tərəf müqabili Elçin Sanqu haqda danışaraq "Onu çox sevirəm, həm də həmşəhərlimdir" deyib.

Mediada tez-tez Gupsenin Elçini qısqandığı deyilsə də, tərəflə bu barədə heç vaxt açıqlama verməyiblər.

Qeyd edək ki, G.Özay B.Arduçla "Deliha" filmindən sonra sevgili olub. B.Arduç "Kiralık aşk" serialında Sanquyla tərəf müqabili olduqdan sonra ikili arasında qısqanclıq problemlərinin yarandığı deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə