Emin Ağalarov konsert verəcək

Müğənni-bəstəkar Emin Ağalarov sevənlərinin qarşısına çıxacaq. SİA-nın verdiyi xəbərə görə, ifaçı iyulun 14-də "Yaşıl Teatr"da konsert verəcək.

Emin pərəstişkarları üçün sevilən və yeni mahnılarını səsləndirəcək. O, Bakı ilə yanaşı bu yay bölgələrə turneyə çıxacaq.

Qeyd edək ki, bu Eminin "Yaşıl Teatr"da sayca səkkizinci konsertidir.

Bütün xəbərlər Facebook səhifəmizdə