Əməkdar artist Röya Ayxanla bağlı video yayılıb. SİA-nın verdiyi xəbərə gröə, videoda müğənni toyda oxuyarkən bir gənc səhnənin qarşısına gəlib, onunla selfi çəkdirmək istəyir. R.Ayxan isə həmin an oğlana arxasını çevirir. Onun bu hərəkəti sosial şəbəkədə xoş qarşılanmayıb. Hər kəs ifaçını özünü öydüyünü söyləyib.
İfaçı sözügedən video ilə bağlı olaraq "İnstagram" səhifəsində münasibət bildirib: "Baxın, bu da oğlanın özü. Bizim münasibətimiz və ortada olan sevgi gözəldir. Sadəcə, qıraqdan kim çəkibsə, o bunu öz adına layiq təqdim etdi. Vladik, sənə görə az qala məhkəmə olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB