Namiq Məna həmkarlarını "daşa tutdu"

Namiq Məna həmkarlarını "daşa tutdu"

Meyxanaçı Namiq Məna meyxana aləmində onu narahat edən məqamalara toxunub. SİA-nın verdiyi xəbərə görə, ifaçı bunları deyib: "Meyxanaçılarımız meyxana deyərkən bəzən təhqiredici sözlərdən istifadə edirlər. Bu düzgün deyil. Onu da deyim ki, bu sənətdə kişilərlə yanaşı xanımlarımızda döyüşür. Meyxana deyən xanımlarımıza münasibətim pis deyil. Sadəcə olaraq qadınlarımız bəzən bəsit sözlərdən istifadə edirlər. Amma sadə sözlərdən qaçmaq lazımdır. Samirə xanım meyxana deyən yeganə qadın sənətçidir. Pis meyxana demir. Amma hələ üzərində çalışmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə