Azərbaycanı Eurovision Müsabiqəsində təmsil edən Səmra Rəhimli İsveçin paytaxtı Stokholm şəhərində yerləşən Erikson Qlob Arenada ilk dəfə məşq edib. SİA-nın verdiyi xəbərə görə, səhnə tərtibatının müəllifi isə 2009-cu ildə Aysel və Araşın Müsabiqədə 3-yeri tutmuş çıxışının da, rejissoru olan Royn Söderluntdur. "Miracle" 2009-cu ildən bəri Azərbaycanın Müsabiqəyə göndərdiyi ilk orta-templi ballada olduğu üçün ilk dəfəki uğur nəzərə alınaraq səhnə tərtibatı yenə də, məşhur rejissora etibar edilib.
Azərbaycanın bu ilki səhnə tərtibatı "Alisa Möcüzələr Ölkəsində" adlı əsərə əsaslanır. Lakin rejissor əsərə daha müasir və fərqli üslubda yanaşıb. Səmra səhnədə iki qadın və iki kişi olmaqla dörd rəqqas tərəfindən müşaiyət olunacaq. 21 yaşlı ifaçımız Səmranın özünəməxsus ifa tərzi, xarizması və gözəlliyinə heyran olan isveçli rejissor mahnı və səhnə tərtibatı haqqında öz fikirlərini bölüşüb - "Miracle sadəcə sevgi münasibətinin bitməsi haqqında deyil.Biz buarada mahnı ətrafında müsbət emosiyalar yaratmaqla izləyicilərə ümid aşılamağa da, çalışmışıq".
Arxafondakı video isə müasir, abstrakt və emosianal fiqurların şəbəkəsindən ibarətdir. Dinamik işıq oyunlarl və piro-effektlər isə nömrəni daha da, gücləndirir. Yüksək səviyyədə təşkil olunmuş kamera işi Səmranın möhtəşəm ifasının həmişə diqqət mərkəzində qalmasına xidmət edir.
Qeyd edək ki, Səmranın arxa vokalı digər həmvətənimiz Diana Hacıyevadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB