Psixoloji problemi olduğu üçün xəstəxanaya yatırılan aktyor Şafak Sezer evə buraxılıb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, müalicəsi davam etdirilən aktyorun yeni görüntüləri yayılıb. Onun yeni görüntülərdə səhhətinin yaxşı olduğu diqqətdən qaçmır. O, sevənlərinə salam da göndərib. Aktyorun videoda nisbətən ləng danışması sevənlərini narahat edib.
Qeyd edək ki, bir neçə gün əvvəl yayılan görüntülərdə Ş.Sezer xəstəxanada qışqırarkən görüntülənmişdi. Daha sonra isə onun xəstəxanadan qaçmağa cəhd etdiyi deyilirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB