Cazibədar aparıcımız: "Səs-küyə səbəb olacağımı gözləmirdim"

Cazibədar aparıcımız: "Səs-küyə səbəb olacağımı gözləmirdim"

Aparıcı Zemfira Adıgözəlova vətənpərvərlik mövzusunda yeni layihələr təqdim edəcək. Bu haqda SİA-ya danışan aparıcı rejissor Nail Naiboğlu ilə çalışacağını bildirib:"Mən Azərbaycanam" adlı layihəmin bu qədər marağa və səs-küyə səbəb olacağını gözləmirdim. Tanımadığım insanların nömrəmi tapıb mənə təşəkkür etmək üçün zəng vurmaları əlavə stimul verdi. Təşəkkür edənlər arasında vəzifəli şəxslər də az deyildi. İnsanların bu marağından sonra qərar verdim ki, bu layihəni ardıcıl etmək lazımdır. Demək ki, insanların buna ehtiyacı var".

Z. Adıgözəlova "Mən Azərbaycanam" layihəsinin təqdimatından sonra bir sıra məşhur sənət insanlarının ondan incidiyini də əlavə edib: "Layihənin həyata keçməsində 18 məşhur sima iştirak edib. Onların arasında Olimpiya çempionları, xalq artistləri, əməkdar incəsənət xadimləri və bir sıra müğənni iştirak edib. Hər bir iştirakçını seçmək üçün uzun müddət seçim etmişik. Hətta kollektiv arasında mübahisə də yaranıb. Çünki mətnə uyğun sima seçilməli idi. Layihədə çəkmədiyimiz bir sıra müğənnilər məndən inciyib. Amma belə bir layihədə kim gəldi çəkilə bilməz. Hazırda digər layihənin ssenarisi üzərində iş tamamlanıb. Komanda olaraq çəkilişdə iştirak edəcək məşhurlar arasında seçim edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə