Şou-biznesin küsülüləri üz-üzə QALMAQAL

Şou-biznesin küsülüləri üz-üzə QALMAQAL

Əməkdar artist Mehriban Xanlarova ilə müğənni Kərim Abbasov xalq artisti Flora Kərimovanın tədbirində üz-üzə gəlib. SİA-nın verdiyi xəbərə görə, K.Abbasov F.Kərimovanı təbrik edərək, məkandan tez ayrılıb.

Kərimin tədbirdən tez getməsinə Mehriban Xanlarova münasibət bildirib: "Mən tədbirə qatılanda Kərimin orada olduğunu görməmişəm. Məni görüb, gedibsə də özü bilər. Əsas odur ki, məhkəmədə onu uddum və mənə təzminat ödədi. Eyni zamanda məndən üzr istəyəcək. Həmin qərarı hər kəsə göstərəcəm".

Qeyd edək ki, aktrisa və ifaçı uzun müddətdir ki, küsülüdür. Onlar arasında "Maşın" şousu zamanı başlayan qalmaqal məhkəməyə qədər gedib çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə