Müğənni Samira Allahverdiyevanın növbəti bacarığını üzə çıxarıb. SİA-nın verdiyi xəbərə görə, o, verilişlərin birində parodiya etməyi xoşladığını söyləyib: "Mən ancaq yaxın bildiyim insanların yanında parodiya edirəm. Məni də kimsə yamsılayanda incimirəm. Müğənni Xatun məni parodiya etmişdi. Elə bilirdi ki, onun bu hərəkətinə görə, Xatundan incimişəm. Amma tədbirlərin birində onunla görüşəndə söylədim ki, ürəyin nə qədər istəyir məni parodiya edə bilərsən. Səndən incimirəm".
Samira veriliş zamanı stilist Samiraldonu da parodiya edib.
Məsələ ilə əlaqədar olaraq stilist Samiraldodan münasibətini öyrəndik: "Məni bir çox tanınmış insanlar parodiya edib. Onlardan biri də müğənni Samira Allahverdiyevadır. Həmin xanım ifaçılıqla yanaşı, parodiyanı da çox gözəl bacarır. Məni yamsılamağına görə ondan qətiyyən incimirəm. Çünki məni olduğum kimi parodiya edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB