Məşhur cütlüyün toyunda bu müğənnilər oxuyacaq

Məşhur cütlüyün toyunda bu müğənnilər oxuyacaq

Türkiyəli aktyorlar Kenan İmirzalıoğlu ilə Sinem Kobalın adada baş tutacaq toyunda səhnəyə çıxacaq müğənnilərin adları bəlli olub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, oğlan tərəfinin ankaralı, qız tərəfinin karadenizli olması seçim zamanı nəzərə alınıb.

Belə ki, toy günü Selcuk Balcı və İsmail Altunsaray səhnəyə çıxacaq.

Qeyd edək ki, Kenan və Sinem cütlüyünün toyu mayın 14-də baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə