Aktrisamız mükafata namizəd oldu FOTOLAR

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə "ən yaxşı aktrisa" mükafatına namizəd olub. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, 2014-cü ildə çəkildiyi "Kuzu" filmiylə Antalya film festivalında "ən yaxşı aktrisa" mükafatını qazanan aktrisa eyni filmlə başqa mükafatı da qazana bilər.

O, bu dəfə "Sadri Alışık Mükafatları"nda əsas mükafatlardan birini qazanmaq üçün real namizəddir.

Qeyd edək ki, N.Cavadzadə hazırda Show TV-nin "Kış Güneşi" serialında rol alır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...