Məşhurlar “Mən Azərbaycanam” üçün bir araya gəldi FOTOLAR

Məşhurlar “Mən Azərbaycanam” üçün bir araya gəldi FOTOLAR

Rejissor Nail Naiboğlu ekran işi verdiyi "Mən Azərbaycanam" klipinin təqdimat mərasimini keçirib. SİA-nın verdiyi xəbərə görə, vətənpərvərlik mövzusunda olan layihənin ideya müəllifi aparıcı Zemfira Adıgözəlovadır. Layihədə xalq artistləri Alim Qasımov, Məleykə Əsədova, əməkdar artistlər Lalə Məmmədova, Aybəniz Haşımova, İlqar Muradov, Ədalət Şüküeov, müğənnilər Roza Zərəgrli, Natavan Həbibi, Elnur Məmmədov, Murad Arif, rəqqasə Fatimə Fətəliyeva, idmançılar İlham Zəkiyev, Ayxan Mamayev və başqaları yer alıb. Onlar işğal altında olan Qarabağla bağlı müxtəlif fikirlər səsləndiriblər.

Z.Adıgözəlova tədbirdə söz alaraq layihə ilə bağlı "ağızdolusu" danışıb:" "Mən Azərbaycanam" klipi vətənpərvərlik mövzusundadır. Bir həftə ərzində ssenarini yazdıq, məkan tapdıq, simalar seçdik, ikinci həftədə isə çəkiliş oldu. Bu işi ürəklə həyata keçirdik. Ona görə də heç bir mane ilə üzləşmədik".

Bütün xəbərlər Facebook səhifəmizdə