Müğənni İbrahim Tatlısəs 26 il sonra Dilan Çıtakın onun qızı olduğunu qəbul edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, sənətçi "İnstagram" səhifəsində foto paylaşaraq "Əhməd Səlimin, Gülşənin, Güldənin, Mələyin, Dilanın, İdonun, Elif Adanın atasıyam... Bundan başqa nə ola bilər ki? Əslini inkar edən bizdən sayılmaz" sözlərini yazıb.

İbrahim Tatlısəsin bu paylaşımından qısa müddət sonra özü kimi müğənnilik edən qızı Dilanın da cavabı gecikməyib: "10 illik həsrətim sona çatdı. Bundan əvvəl də sənə dualar etdim, bundan sonra da elə olacaq. Qırılan könlümü aldığın üçün, təşəkkürlər, ata...".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB