Aktyor Nihat Altınkaya gecə klublarından birində dava salıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktyor mühafizəçilər tətəfindən bardan çıxarılıb. Paparassilərin onu görüntüləməsinə mane olmağa çalışan aktyor buna nail ola bilməyib.

Nihat getdikdən sonra dostları jurnalistlərdən bu fotoların silinməsini istəyərək "O, Kıvanç Tatlıtuğ və Kənan İmirzalıoğlu ilə bir serialda çəkiləcək, xahiş edirik, o görüntüləri silin. İllərdir pul qazanmır, bu, ona mane olacaq" deyiblər.

İçəridəki davanın səbəbi isə sonra bəlli olub. Məkanda sevgilisinə baxdığını iddia edən bir gənc Altınkayaya "nə baxırsan" deyincə aktyor əsəbiləşərək onu döyüb.

Qeyd edək ki, N.Altınkaya "Yaprak dökümü", "Menekşe ile Halil", "Karadayı" və s. seriallarda, "Survivor" proqramında iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə