"Survivor"da gözlənilməz dəyişiklik

"Survivor"da gözlənilməz dəyişiklik baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Tuğba Özayın yarışmanı tərk etdiyi proqramda onunla birlikdə üç iştirakçı da sms səsverməsinə çıxmışdı.

Həmişəkindən fərqli olaraq həmin gün sms sıralaması Acun İlıcalının rəhbəri olduğu saytda açıqlanmamışdı. Bir gün sonra nəticələrin elan olunduğu zaman isə həftələrdir birinci olan Semih Öztürkün liderliyi əldən verdiyi məlum olub.

Həmin günün birincisi "Gönüllüler"də yarışan Serkay ən çox səs yığan namizəd olub. Semihin birinci olmaması sosial mediada onun davranışlarının getdikcə daha qıcıqlandırıcı olması ilə əlaqələndirilib.

1. Serkay Tütüncü

2. Semih Öztürk

3. Gizem Kerimoğlu

4. Tuğba Özay

Bütün xəbərlər Facebook səhifəmizdə