Rza Zərrab hakim qarşısına ayağı zəncirlə çıxardıldı

ABŞ-da həbs edilən və Nyu-Yorkda məhkəməsi başlayan cənubi azərbaycanlı iş adamı, müğənni Ebru Gündeşin əri Rza Zərrab hakim qarşısına çıxıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ABŞ tərəfindən İrana tətbiq edilən sanksiyaların pozulmasında ittiham olunan iş adamı ona qarşı irəli sürülən iddiaları qəbul etməyib. Rza Zərrab məhkəmə salonuna ayağı zəncirli şəkildə gətirilib.

Proses 15 dəqiqə çəkib. Növbəti məhkəmə iyunun 16-na təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə