Fərda: "Konsertim üçün heç bir müğənniyə bilet göndərməyəcəm" FOTO

Aktyor Fərda Xudaverdiyev növbəti dəfə "Stand-up" şouya hazırlaşır. SİA-nın verdiyi xəbərə görə, aktyor hər kəsi konsertə dəvət edib: "May ayının 5-də sevənlərimin görüşünə gələcəm. Konsertim olduqca maraqlı keçəcək. Hər kəsi dəvət edirəm. Belə ki, həmin gün fərqli dekorasiya olacaq. 17 ildə görmədiyiniz stand-up şou izləyəcəksiniz. 450 nəfərlik məkandır. Onu da deyim ki, bu vaxtadək konsertlərimdə şou-biznes nümayəndələrinə bilet göndərmişəm. Bu dəfə isə verə bilməyəcəm. Məndən inciməyin. Çünki konsertimi Türkiyə şirkətlərindən biri gerçəkləşdirir. Həm də məşhur simalara bilet versəm, özüm sonra heç bir maddi gəlir əldə edə bilmirəm. Biletlərin də qiyməti hər cibə uyğundur. Ön sıralar bir az bahadır. Belə ki, biletlərin qiyməti 15-100 manatadəkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə