Fransanın TF1 telekanalında yayımlanan "The Voice 5" müsabiqəsinin iştirakçısı olmuş azərbaycanlı müğənni Araz Hümbətli ötən gün Fransada, Mulhouse şəhərində konsert proqramı ilə çıxış edib. SİA-nın verdiyi xəbərə görə, o, səhnədə Azərbaycanın xalq mahnısı "Sarı gəlin"i səsləndirib.
Qeyd edək ki, Bakıda dünyaya gələn Araz 2014-cü ildə Tuluza şəhərinə köçüb. O, 2013-cü ildə "Mənim şizofreniyam" adlı psixodelik musiqi əsərini yazıb. 2014-cü ildə isə Camille Chaumereuil-in "Nous saluerons la lune" ("Biz Ayı salamlayırıq") filminin orijinal musiqisini bəstələyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB