Rza Zərrabın yerini 500 min dollara satdılar

"Beşiktaş" futbol klubunun rəhbərliyi ABŞ-da həbs olunan cənubi azərbaycanlı iş adamı Rza Zərrabın "Vodafone Arena"dakı lojasını satıb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Rza stadionun qərb hissəsində yerləşən "skybox"u həbs olunduqdan sonra satışa çıxarıb.

Stadiondakı 147 lojanın hamısı əvvəlcədən 3 il müddətinə satılıb. Ona görə də Zərrabın boş qalan yerinə müştəri dərhal tapılıb. Lojanın yeni sahibi 3 il üçün 500 min dollar ödəyib. Rzanın ödədiyi məbləğ isə geri qaytarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə