İlkin Həsəni iflasa uğradı

Aparıcı-aktyor İlkin Həsəni iflasa uğradığını deyib. SİA-nın verdiyi xəbərə görə, aparıcı bunları deyib: "Şərikli restoran açmışdım. Ancaq uğursuz alındığı üçün iflasa uğradım. Məyus olmadım. Başqa biznesə qoşuldum. Belə ki, yeni-yeni filmlər çəkirik. Azərbaycan kinoteatrlarında nümayiş etdirik. Biznes lotoreyadır. Biznesdə riski sevənlər nəsə əldə edə bilirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə