Xatirə İslam: "İşləməsəm, ailəmin tələbatını ödəyə bilmərəm"

Xatirə İslam: "İşləməsəm, ailəmin tələbatını ödəyə bilmərəm"

Müğənni Xatirə İslam biznesindən danışıb. SİA-nın verdiyi xəbərə görə, sənətçi müğənniliklə yanaşı, xınayaxdı mərasimlərinə getdiyini də söyləyib: "Allah eləməsin müğənninin səsi batsa, ac qalacaq. Mütləq ifaçı özünə biznes qurmalıdır. Məsələn, mən xınayaxdılara gedirəm. İşimdə də olduqca məsuliyyətliyəm. İşləməsəm, ailəmin tələbatını ödəyə bilmərəm. Onu da deyim ki, müğənnilər kimi gözəl ailə saxlayan, xeyriyyəçi işlərlə məşğul olan adam yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə