"Kiralık aşk"ın "Ömər"indən cavab gəldi

"Kiralık aşk"ın "Ömər"indən cavab gəldi

"Kiralık aşk" serialının "Ömer"i Barış Arduç haqqında yayılan "şorgözlük iddialar"ına cavab verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, o, "Tvitter" hesabından bunları yazıb: "Ən çirkin şərləri atıb "iddia edilir" yazmaqla canınızı qurtara bilməzsiniz. Söhbət artıq çox uzandı. Bundan sonra mənimlə bağlı əsassız xəbərlərə hüquqi cəhətdən cavab verəcəyəm. Bu, iddia edilmədi. Birbaşa özüm söyləyirəm".

Qeyd edək ki, xəbərdə B.Arduçun qatıldığı bir gecədə ev sahibəsini narahat etməsi yazılmışdı. İddiaya görə, narahat olan qadın "sevgilim var" dedikdən sonra aktyor "Mənim də sevgilim var, amma menecerim ayrılmağa icazə vermir" deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə