Müğənni Xatun parodiya etdiyi şou-biznes əhlindən söz açıb. SİA-nın verdiyi xəbərə görə, ifaçı bunları deyib: "Bu vaxtadək bir çox ifaçıları yamsılamışam. Bəzisi var ki, parodiyam xoşuna gəlir, elə sənətçi də var ki, məndən inciyir. Məsələn əməkdar artist Mətanət İsgəndərlini yamsılayanda çox xoşuna gəlir. Amma Könül Kərimovanı, Telli Borçalını parodiya edəndə əsəbləşir. Hətta məndən inciyirlər. Mən nə edim ki, parodiya etmədən yaşaya bilmərəm. Elə bil ki, yamsıladığım insanların ruhu canımda dolaşır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB