Dünya şöhrətli müğənni Billi Pol dünyasını dəyişib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, sənətçi Nyu-Cersidəki evində ölü tapılıb. 80 yaşlı ifaçıya bir qədər əvvəl həkimlər mədəaltı vəzi xərçəngi diaqnozu qoymuşdular.

Xatırladaq ki, B.Poll 1972-ci ildə ifa etdiyi "Me And Mrs Jones" mahnısı ilə "Qremmi" mükafatı alıb. Mahnı "Bricit Consun gündəli" filmində də səsləndirilib. Bundan başqa Billiyə "Thanks For Saving My Life", "Let's Clean Up The Ghetto" mahnıları da populyarlıq gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə