Bəstəkar mahnılarını plagiat adlandırdığı həmkarı ilə barışdı

Müğənni Murad Ariflə bəstəkar Ruslan Əhmədoğlu barışıb. SİA-ya bu haqda Ruslanın özü məlumat verib: "Murad Ariflə böyük söz-söhbətimiz olmamışdı. Aramızda bəstəkarlıqla bağlı anlaşılmazlıq olmuşdu. Fikir ayrılığı hər bir sahədə olur. Bu yaxınlarda tədbirlərin birində qarşılaşıb salamlaşdıq".

Qeyd edək ki, R.Əhmədoğlu M.Arifin "İnşallah" mahnısını plagiat adlandırmışdı. Bəstəkar qarşı tərəfin ünvanına "Özünü hit mahnıların bəstəkarı kimi təqdim eləyənlər açıq plagiatdan belə çəkinmirlər. Bu isə çox məyusedici faktdır" deyə, bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...