30 kiloqram arıqlayan müğənni xərcə düşdü FOTOLAR

30 kiloqram arıqlayan müğənni xərcə düşdü FOTOLAR

Müğənni Fatih Ürek Gürcüitanın Batum şəhərində məkanların birində səhnəyə çıxıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, o, konsert zamanı ifaları ilə yanaşı sevənləri ilə söhbət edərək şəkillər çəkdirib. O, özü haqda zalda əyləşənlərə maraqlı açıqlamalar edib: "Artıq çəkidən xilas olduğum üçün çox xoşbəxtəm. Səhnədə iri göbək daşımaqdan bezmişdim. 30 kiloqram arıqlamışam. Amma 5 kilo yenidən kökəldim. Onu da deyim ki, artıq çəkidən xilas olduğum üçün xərcə düşdüm. Əvvəlki paltarlarım mənə böyük olur. Hamısını yığdırıram. Geyinməyi çox sevirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə