Boşanan müğənni uşaqlarından danışdı FOTOLAR

Boşanan müğənni uşaqlarından danışdı FOTOLAR

Müğənni-aktyor Emre Altuğ şəxsi həyatından söz açıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ifaçı model-aparıcı Çağla Şıkeldən boşanmasına rəğmən tez-tez övladları ilə vaxt keçirdiyini söyləyib: "İşlərimin çox olmasına baxmayaraq, övladlarımı tez-tez görürəm. Onlara zaman ayırıram. Oğlanlarımın ikisinin də mənim peşələrimə həvəsi var. Amma Kuzey idmanı çox sevir. Mən də ona dəstək oluram. Hətta məsləhət görmüşəm ki, tennislə məşğul olsun. Digər oğlum hələ 4 yaşında olduğu üçün onun üstünə çox getmirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə