Məşhur cütlüyün toyunda inanılmaz hadisələr olacaq

Aktrisa nişanlısı Sinem Kobala etdiyi sürprizlərlə tez-tez gündəmə gələn Kənan İmirzalıoğlu toy üçün də xüsusi sürprizlər hazırlayıb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, "ölkənin ən centlmen kişisi" adlanan Kənan mayın 14-də baş tutacaq toyları üçün 3 otel bağlatdırıb. Mərasim baş tutan ərazi tamamilə çobanyastığı ilə bəzədiləcək. Aktyor Kobal üçün xüsusi olaraq mahnı da oxuyacaq. Toya gələn qonaqları isə kiçik qayıqlar daşıyacaq. Kənan balıqçıların da pul qazana bilməsi üçün lüks gəmi deyil, qayıqlardan istifadə etmək qərarına gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...