Bu gün müğənni Elçin Cəfərov özünə vağzalı çaldıracaq. SİA-nın verdiyi xəbərə görə, ifaçı keçmiş millət vəkili Sabir Rüstəmxanlının qızı ilə ailə qurur. Elçin və Aydanın toyu "Meridian Park"da baş tutacaq. Cütlüyün toyunu müğənni Ramal İsrafilov idarə edəcək. Gecəyə bir çox məşhur simalar qatılacaq.

Qeyd edək ki, cütlüyün qız toyu aprelin 15-də olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...