Məşhur müğənninin hər kəsi heyrətləndirən evi FOTOLAR

Rusiyalı müğənni Dima Bilan Moskva ətrafında yerləşən mənzilini sevənlərinə nümayiş etdirib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, ifaçı evinin dizaynını özü edib.

Bu, ona 2 ilə başa gəlib: "Bu evin quruluşu sayəsində mən mənzillərin təmiri üzrə çox şey öyrəndim. Daxilimdə hələ də balaca oğlan uşağı qalıb. Evimi maraqlı dizayn etmişəm. Belə ki, mənzilimdə gizli otaq var. Oraya şkaf vasitəsilə keçmək olur. Yelləncək kreslo da var. Evin bəzi divarlarının kərpicləri Piterdən gətirilib. Sökülən köhnə binalardan, zavod və ya evlərdən götürülüb. Onların yüzdən çox yaşı var. Bu kərpiclər adilərdən daha əzizdir. Çünki evə rəngarənglik qatırlar. Evdə köhnə əşyalara üstünlük vermişəm. Məsələn mənzildə tozsoran, qramafon da var. Maddi olaraq elə də bir şey deyillər, amma onlardan qopmaq çətindir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...