Məşhur model qatarın altında qaldı

İtalyanın məşhur modeli Lisa Di Grisolo faciəvi şəkildə dünyasını dəyişib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 18 yaşlı model Milandakı Certosa qatar stansiyasında relsi keçərkən qatarın altında qalıb. Qulaqcıqla mahnı dinləyən model qatarın yaxınlaşdığını hiss etməyib. Hadisə yerinə təcili olaraq sağlamlıq qrupları cəlb olunub, qatardan sərnişinlər təxliyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...