Emin Ağalarovdan bəyənilən addım FOTOLAR

Emin Ağalarovdan bəyənilən addım FOTOLAR

Moskvada xeyriyyə tədbiri baş tutub. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, gecədən əldə olunan gəlirlər kimsəsiz uşaqlara verilib. Mərasimdə Rusiya estradasının tanınmış simaları, eləcə də azərbaycanlı ifaçı Emin Ağalarov da iştirak edib. O, sevilən mahnılarını səsləndirib. Gecədə müxtəlif hərraclar keçirilib.

Amerika rinqinin çempionu, məşhur musiqiçi və aktyor Roy Consun əlcəkləri da hərraca çıxarılıb. Emin və Timati həmin əlcəklərə 500 min rubl veriblər.

Konsertdən 12 milyon rubl əldə olunub. Bütün məbləğ xeyriyyə məqsədilə istifadə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə