Deyilənlərə görə Telli Borçalı ailə qurmağa hazırlaşır. SİA-nın verdiyi xəbərə görə, ifaçı bu haqda danışaraq söz-söhbətlərə son qoyub: "Bildiyiniz kimi, bu vaxtadək bir çox şəxslər mənə elçi düşüb. Lakin istəməmişəm. Məni istəyən şəxs evinə 5 manat da olsa, çörək pulu gətirməlidir. Düşünməməlidir ki, Tellli qazanıb, məni saxlayacaq. Yəni kimsə imkanıma görə mənə elçi gəlməsin. Onu da xüsusi ilə qeyd edim ki, mənimlə ailə qurmaq istəyən şəxs işimi də qəbul etməlidir. Həmin kəs işləməyə icazə verməyəcəksə, mənə elçi düşməsin".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...