Aktrisa haqqında deyilənlərə cavab verdi: "O, sevgilim yox, mühafizəçidir" FOTO
Aktrisa Nurgül Yeşilçay 11 yaşlı oğlu ilə birlikdə yumor ustası Tolqa Çevikin tamaşasını izləmək üçün teatra gedib. SİA-nın türk mətbutına istinadən verdiyi xəbərə görə, o, teatrdan çıxarkən fanatlarının çox olduğunu görüb və mühafizəçilərdən birindən kömək istəyib. Aktrisa onun köməyi ilə avtomobilinə doğru irəliləyib. Mətbuatda isə Nurgülün qolundan tutan şəxsin sevgilisi olması xəbərləri yayılıb. N.Yeşilçay məsələ ilə bağlı olaraq açıqlama verib: "Yazılanlar qətiyyən doğru deyil. Qolumdan tutub məni məkandan çıxaran şəxs sevgilim yox, mühafizəçidir".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB