Rza Zərrabdan yeni xəbər var

Bank saxtakarlığı, çirkli pullar və İrana qarşı tətbiq edilən ABŞ sanksiyasını pozmaq iddiası ilə Mayamidə həbs edilən cənubi azərbaycanlı iş adamı, müğənni Ebru Gündeşin əri Rza Zərrabdan xəbər var. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Nyu-Yorkda ittiham olunması gözlənilən iş adamı "Atlanta" Federal Həbsxanasında keçirdiyi 6 gecədən sonra "Oklahoma City" Federal Həbsxanasına köçürülüb. Bununla da Atlantadan 1220 kilometr uzaqlıqda olan Nyu-York məsafəsi R.Zərrabın Oklahamaya aparılmasından sonra 2333 kilometrə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə