Aygün Kazımova birinci oldu FOTO

Türkiyənin "TMB" kanalında keçirilən "Pərəstişkarların savaşı" ("Fan savaşları") adlı yarışmanın növbəti iştirakçıları xalq artisti Aygün Kazımova və müğənni Yıldız Tilbe olub. SİA-nın verdiyi xəbərə görə, hər iki ifaçının fotosu kanalın "Facebook" səhifəsinə yerləşdirilib və sevənləri tərəfindən bəyənilib. A.Kazımova 51 faiz səs toplayaraq birinci olub.

Qeyd edək ki, yarışmanın qaydasına əsasən birinci olan ifaçının mahnıları və klipləri gün ərzində adıçəkilən kanalda nümayiş edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə