Azərbaycanlı müğənni iki dəfə əməliyyat olundu FOTOLAR

Azərbaycanlı müğənni iki dəfə əməliyyat olundu FOTOLAR

Müğənni Şadi xanım cərrahiyyə masasına uzanmalı olub. SİA-ya bu haqda ifaçının özü məlumat verərək üzünün iki hissəsini əməliyyat etdirdiyini söyləyib:"Burnuma estetik düzəliş olundu. Eyni zamanda buxağımı əməliyyat etdirdim. Artıq 1 həftədir ki, əməliyyatlar olunmuşam. Hazırda müalicəmi ev şəraitində davam etdirirəm. Məni əməliyyat edən həkimim Günel Bayramlıya təşəkkür edirəm. İstədiyim kimi üz quruluşuna sahib oldum. Onu da deyim ki, iki əməliyyata girməyimə səbəb yaradıcılığımla bağlıdır. Belə ki, yay mövsümündə kamera önünə keçərək, iki klip lentə aldıracam. İstədim ki, ekran işində qüsursuz olum".

Bütün xəbərlər Facebook səhifəmizdə