Aktrisa: "Bir mesajla həyatım dəyişdi" FOTOLAR

"Yetər" serialından "Aylin" kimi tanıdığınız Pelin Karahan şəxsi həyatından söz açıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktrisa nikah masasına oturmasından söz açıb: "Həyat yoldaşımla planlaşdırırdıq ki, bir ildən sonra evlənək. Övladıma görə tez ailə qurduq. Həyat yoldaşımla idman zalında tanış olmuşduq. Birlikdə voleybol oynadığımız qrupumuz var. Mən oynayanda özümü yerə yıxıram, dizlərim göyərir. Bir gün Bedri nömrəmi tapıb, "Diz qoruyucuların məndədir" deyə, mesaj yazdı. Kim olduğunu bilmirdim. Yeməyə getmək üçün israr edirdi. Mən də canımı qurtarmaq üçün razılaşdım. Həmin günün səhəri məni ailəsi ilə tanış etdi. Onlara "Evlənəcəyik, uşaqlarımız olacaq" deyirdi. Mən də zarafat kimi qarşılayırdım. Amma nə dedisə, hamısını da etdi. Bir mesajla həyatım dəyişdi".

Bütün xəbərlər Facebook səhifəmizdə