İfaçının əri jurnalistlərə qarşı tərbiyəsizlik etdi

Müğənni Demet Akalın əyləncə mərkəzlərindən birində səhnəyə çıxıb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, ifaçıdan səhnəyə çıxmadan öncə müsahib almaq istəyən jurnalistlərin arzusu ürəyində qalıb. Belə ki, müğənni media mənsublarından incidiyini deyərək "heç kimlə danışmaq istəmirəm" sözlərini deyib.

Səhnə arxasında da sualları eşitməməzlikdən gələn müğənninin əri Okan Kurt işə qarışınca problemlər yaranıb. Jurnalistləri təhqir edən Okan əsəbiləşərək qarşısındakı stulları təpiklə aşırdıb. O, bununla kifayətlənməyərək küçə söyüşlərindən də istifadə edib. Onun bu hərəkətləri ilə hər kəsdə qıcıqlıq yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...