Roza Zərgərli də cəbhəyə getdi FOTOLAR

Müğənni Roza Zərgərli Göygöldə yerləşən "N" saylı hərbi hissədə əsgərlərlə görüşüb. SİA-ya açıqlama verən ifaçı bildirib ki, əsgərlər önündə mahnı ifa etmək onun üçün qürurvericidir: "Xalq olaraq daim ordumuza arxalanırıq. Mən də Azərbaycan respublikası Müdafiə Nazirliyi Gəncə hərbi qarnizonunun mahnı ansamblının solistiyəm. Bir müğənni kimi öz mahnılarımla əsgərlərə ruh verməyə çalışıram. Lazım gələrsə, əsgərlərlə birgə düşmənə qarşı vuruşmağa hazıram. Bu hərbi hissədən 4 əsgər şəhid olub. Bütün şəhidlərə Allah rəhmət eləsin. Azərbaycan xalqı heç zaman şəhidlərini unutmayacaq. Əgər şəhidləri geri qaytarmaq mümkün olsaydı, mən öz övladımı onların yerinə qurban verərdim. Allah qismət etsin, Şuşada konsert verim".

Qeyd edək ki, konsertdən sonra R.Zərgərliyə hərbi qarnizonun fəxri diplomu verilib.

"BEN roduction"nın təşkilatçılığı ilə keçirilən tədbirdə "Bakı" instrumental ansamblının solisti Nicat Rəhimov, "BEN roduction"nın idarə heyətinin üzvləri Anar Əliyev, Vəfa Məmmədova, Sənan Serdaroğlu, Araz Bağırov da iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə