Ərdoğan məşhur müğənninin nikah şahidi olacaq FOTOLAR

Ərdoğan məşhur müğənninin nikah şahidi olacaq FOTOLAR

Müğənni Sinan Özen iki ildir sevgili olduğu Burcu Kartalla evlənir. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, mayın 22-də baş tutan toya sənət, siyasət, idman və iş dünyasından 500-dən çox qonaq qatılacaq. 52 yaşlı Sinan Özenin nikah şahidliyini prezident Rəcəb Tayyip Ərdoğan edəcək. Toydan sonra cütlük bal ayını keçirmək üçün İtalyaya gedəcək.

Qeyd edək ki, ikili keçən ilin iyununda nişanlanıblar.



Bütün xəbərlər Facebook səhifəmizdə