Əməkdar artist İlqar Muradovun rol aldığı "Xeyirlə Şərin rəqsi" adlı film nümayişə hazırdır. SİA-nın verdiyi xəbərə görə, filmin rejissoru Yavər Rzayevdir. "Xeyirlə Şərin rəqsi" filmi Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin "Quba kapriççiosu" romanı əsasında ekranlaşdırılıb. İ.Muradov ekran işində Dronqo obrazını yaradıb. Digər rolları xalq artistlər Məbud Məhərrəmov və Şükufə Yusupova, əməkdar artistlər Qurban İsmayılov, Ayşad Məmmədov, Şövqi Hüseynov, aktyorlar Əjdər Zeynalov, Rasim Cəfərov, Münəvvər Əliyeva və digərləri ifa edir.
Qeyd edək ki, ekran işinin qala gecəsi mayın 27-də Nizami Kİno Mərkəzində baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB