Emin ilk dəfə Azərbaycanda bunu edəcək

Müğənni-bəstəkar Emin növbəti konsert turnesinə hazırlaşır. SİA-nın verdiyi xəbərə görə, turne iyunun 5-də Bakıda başlayacaq. İfaçı bu haqda anons da edib:"Çoxdandır sizinlə görüşü gözləyirdim. Nəhayət, həmin vaxt gəldi".

Bakıda sahibi olduğu "Sea Breeze" istirahət mərkəzində çıxış etdikdən sonra ifaçı Nayl Rocersin Böyük Britaniya və ABŞ-dakı festivallarında iştirak edəcək. Daha sonra isə Rusiyada "Naçistotu" adlı turneyə start verəcək.

Emin ilk dəfə Azərbaycanda turneyə çıxacağını da vurğulayıb. Bakı ilə yanaşı müğənni Gəncə, Qəbələ, Qusar, Lənkəran və Şəkidə konsert verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə