Əri həbsdə olan müğənni konsert verdi FOTOLAR

Əri həbsdə olan müğənni konsert verdi FOTOLAR

Müğənni Ebru Gündeş İzmirdə sevənlərinin qarşısına çıxıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, cənubi azərbaycanlı həyat yoldaşı Rza Zərrab Mayami tətili zamanı həbs olunan ifaçının konsertlərinə başlaması insanlar tərəfindən birmənalı qarşılanmamışdı. Ebru İzmir konserti zamanı onu qınayanlara cavab verib. O, əsla səhnədən ayrı qalmayacağını və mahnı oxumaqdan çox xoşbəxt olduğunu deyib. E.Gündeş onu izləməyə gələn 1500 nəfər tamaşaçısının qarşısında bunları deyib: "Əvvəlcə sizin üçün, daha sonra isə 60 nəfərlik komandamdan ötrü bu gün səhnədəyəm. Xoş gəlmisiniz".

İki saat yarım konsert verən müğənni öz mahnıları ilə yanaşı, Orxan Gəncəbayın və Kayahanın da mahnılarını səsləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə