Hadisə əyninə erməni bayrağı niyə geymişdi? MÜNASİBƏT

Türkiyəli müğənni Hadisə geyimi ilə bağlı ittihamlara cavab verib. SİA-nın məlumatına görə, müğənni bu barədə sosial şəbəkədə yazıb:

"Haqqımda yazılan çox ittihamlara qulaq asmıram. Amma türklüyümə, mədəniyyətimə, mənliyimə haqsız söz deyən ürəyi kiçik insanlara səslənirəm. Cahillə cahil olmaqdansa, susmaq lazımdır. Məşğul olmağa işiniz yoxdur? Geydiyimiz geyimi ucu-bucağı olmayan insanlıqdan kənar xəyal düşüncənizlə şərh edə bilməzsiz. Sosial media qara piar yeri deyil. Hər kəsə barış və hüzur dolu bir həyat və dünya diləyirəm".

Qeyd edək ki, mediada Hadisənin "O səs çocuklar" yarışmasına geyindiyi libasındakı rənglərin erməni bayrağını əks etməsi ilə bağlı məlumatlar yayımlanmışdı. Halbuki, həmin geyimin Ermənistan bayrağına heç bir aidiyyəti yox idi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...