"Gecenin kraliçesi" serialı ilə ekranlara geri dönən Məryəm Uzerli tamaşaçıları ilə vidalaşıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, aktrisanın Murad Yıldırım və Uğur Poladla birgə rol aldığı serial gözlənilən reytinqi toplaya bilmədiyi üçün yaradıcı heyət tərəfindən sonlandırılmasına qərar verilib.
Məryəm şəxsi sosial hesabında foto paylaşaraq izləyicilərlə vidalaşıb:
"Həyatımın ən gözəl zamanlarından biri-möhtəşəm heyət! Hər kəsə, həmçinin, tamaşaçılarımıza bu zaman üçün təşəkkür edirəm. Çox böyük bir təşəkkür! Böyük sevgi...".
Qeyd edək ki, Məryəm Uzerli rol aldığı "Muhteşem Yüzyıl" serialından ayrılandan sonra üç il serial təkliflərini rədd etmişdir.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB