"Survivor"da gündəmi alt-üst edən qərar

"Survivor"da gündəmi alt-üst edən qərar

Türkiyə telekanallarından birində yayımlanan ən reytinqli yarışma proqramı olan "Survivor"da inanılmaz hadisələr yaşanıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, "Könüllülər" komandasının üzvləri Semih və Zafer arasında başlayan gərginlik layihə rəhbəri Acun Ilıcalının verdiyi sərt reaksiya ilə sona çatıb. Belə ki, qarşıdurma zamanı Semihi hədələyən Zaferin yarışmadan uzaqlaşdırılmasına qərar verilib. Rəhbərlik bununla kifayətlənməyib. Gələcəkdə baş verəcək münaqişələrin qarşısını almaq məqsədilə Semih "Məşhurlar" komandasına keçirilib.

Qeyd edək ki, bu qərarın ardından sosial mediada insanlar Acunun münasibətini birmənalı qarşılamayıblar. Bəzilərinin fikrincə, Semih qarşı komandaya keçiriləcəkdisə, o zaman Zaferin getməsinə ehtiyac yox idi. Bir qism tamaşaçı isə hər şeyin səbəbkarının Semih olduğunu düşünərək, onun yarışmadan getməsini istəyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə