Merilin Monronun libası fantastik qiymətə satışa çıxarılır

Merilin Monronun libası fantastik qiymətə satışa çıxarılır

Dünya ulduzu Merilin Monronun libası 3 milyon dollara hərraca çıxarılacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hərrac Los-Ancelesdə "Julien’s Auctions"da keçiriləcək. Aktrisaya məxsus libaslar dünyanın ən böyük kolleksiyasında nümayiş olunacaq. Kolleksiyada Merilin Monronun "Yalnız qızlar üçün caz", "Avtobus dayanacağı" və "Şou-biznes kimi biznes yoxdur" filmlərində geyindiyi paltarları yer alacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə