Rza Zərrab 4 müxtəlif həbsxanada yatacaq

Mayamidə həbs olunan iş adamı Rza Zərrab bir neçə gündən sonra Nyu-Yorka köçürüləcək. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, cənubi azərbaycanlı iş adamı yol boyu 4 gecə ərzində 4 müxtəlif həbsxanada yatacaq.

Zərrab Nyu-Yorka gələn kimi məhkəmə qarşısına çıxarılacaq. Nyu-Yorkun cənub bölgəsi prokurorqluq ofisinin mətbuat katibi Ceyms Marqolin ilk məhkəmədə Rzanın vəkillərinin təzminat ödəmək şanslarının olduğunu bildirib.

Baş prokuror Prit Bharara türklərdən ona gələn mesajlar haqda bunları deyib: "Bu adam Türkiyədə çox məşhur imiş. Rza Zərrabın həbsinə kimi "Tvitter"də 8100 izləyicim var idi. Bir neçə gün ərzində isə 270 mini keçdi. Artıq 300 minə çatır. İngiliscə yaza bilməyənlər də türkcə mesajlar yazaraq məndən ədalətli olacağımı istəyirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə